Məlahət Qurbanova: Prezidentimizin yenilməz sərkərdəlik qətiyyəti və yüksək diplomatiya istedadı ilə fəxr edirikbackend

Məlahət Qurbanova: Prezidentimizin yenilməz sərkərdəlik qətiyyəti və yüksək diplomatiya istedadı ilə fəxr edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova 8 Noyabr Zəfər Günü münasibətilə xalqımızı və dünya azərbaycanlıları təbrik edib.

İnterpress.az xəbər verir ki, təbrikdə deyilir:

“Şərəfli və qalib Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı haqq savaşında inanılmaz uğurlar əldə etdi, cəmi 44 günə mümkünsüzü mümkün etdi! Haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu bütün dünyaya sübut etdik.

Sizi Azərbaycan tarixinin ən parlaq səhifəsi olan 8 Noyabr – Zəfər Günü, Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbənin üçüncü ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımızın və dövlətimizin rifahı, tərəqqisi və əmin-amanlığı naminə gördüyünüz bütün işlərdə Sizə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayırıq!

Tarixi ədaləti bərpa edən bu şanlı Zəfər uzun müddət qətiyyətlə aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında  xilaskarlıq missiyasını şərəflə yerinə yetirən rəşadətli Azərbaycan Ordusu düşməni təslim olmağa məcbur edərək əzəli, əbədi torpaqlarımızı işğaldan azad etdi. Hər bir azərbaycanlı kimi biz Azərbaycan qadınları da bu şanlı Qələbənin  müəllifi olan möhtərəm Prezidentimizin yenilməz sərkərdəlik qətiyyəti və yüksək diplomatiya istedadı ilə fəxr edirik və Ona öz hədsiz təşəkkürümüzü bildiririk!

Vətənimizin müstəqilliyi, topaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik, qazilərimizə dərin minnətdarlığımızı ifadə edirik!

Bir daha bütün Türk dünyasını bu möhtəşəm Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edir və böyük qürur hissi ilə deyirik: Allah Azərbaycan xalqını, rəşadətli Ordumuzu və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi qorusun!