İstirahət günü olsa da, seçici fəallığı pis deyil.
İnterpress.az xəbər verir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Dilşad Məmmədova deyib.
O, Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərlə bağlı sədrlik etdiyi məntəqədə seçicilərin fəallığını qiymətləndirib:
“Bu saata qədər seçici fəallığı pis deyil. Gördüyünüz kimi bütün şərait yaradılıb. Qanunauyğun olaraq məntəqə vaxtında açılıb. Seçicilər beynəlxalq müşahidəçilərin qarşısında səs verir”.
Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir./report