Merkel bitməkdə olan il barədə: “Hakimiyyətimin ən çətin ili oldu”backend

Merkel bitməkdə olan il barədə: “Hakimiyyətimin ən çətin ili oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Almaniya kansleri Angela Merkel keçən 2020-ci ili hakimiyyətdəki 15 ilin ən çətini adlandırıb.

Bu barədə o xalqa müraciətində deyib.

Merkelin sözlərinə görə, koronavirus pandemiyası əsrin siyasi, sosial və iqtisadi problemidir. O, qeyd edib ki, bu il hamımızdan çox şey, bəzilərindən isə daha çox şey tələb edən tarixi böhran olub.

Almaniya kansleri koronavirusla mübarizədə əhalinin peyvənd olunmasına böyük ümid bəslədiyini vurğulayıb. O, növbəsi gələndə özünün də peyvənd olunacağını deyib.

 

 

İntepress.az