Meşəlik ərazidə çətənə yetişdirənlər ələ keçdibackend

Meşəlik ərazidə çətənə yetişdirənlər ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Candahar kəndi ərazisində yerləşən meşəlik ərazidə narkotik tərkibli bitkilər yetişdirən iki şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Elnur Əzimov və Yalçın Yusifov olduqları müəyyənləşdirilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, çətənə kollarını şəxsi istifadələri üçün cari ilin mart ayında əkdiklərini və xüsusi aqro-texniki qaydada qulluq edərək yetişdirdiklərini bildiriblər.

Polis əməkdaşları tərəfindən həmin şəxslər tərəfindən yetişdirilmiş hündürlüyü 12-75 sm olan 19 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb və bioloji ekspertizaya təqdim olunub.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 

İnterpress.az