Məşhur bloger Azərbaycana gəlirbackend

Məşhur bloger Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli bloger Ruhi Çenet Azərbaycana gəlir.

İnterpress.az xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, R.Çenet biletlərini artıq alıb:

“Bir çoxlarınız Ruhi Çenet Azərbaycana gəlməsi üçün müraciət edirdiniz. Ruhi bəy bu gün gəlir. Azərbaycana dəstək olan hər kəs Vətənimizə xoş gəlir! Əminəm ki, Ruhi bəy öz geniş auditoriyasına Azərbaycan həqiqətlərini çatdıracaq!”

Xatırladaq ki, bu ilin fevral ayında Ruhi Çenet Ermənistana səfər edib və 1 həftə paytaxt İrəvanda qalaraq əhali arasında Türkiyə, Azərbaycan və Xocalı soyqırımı ilə bağlı sorğu keçirmişdi. Çenetin hazırladığı 15 dəqiqəlik video-reportajda işğalçı ölkənin hansı durumda olduğu və türklərə necə nifrət bəslədikləri açıq-aydın görünürdü.