Məşhur bloqer Edvard Billin bu gün ayağını amputasiya edəcəklər.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bloqerin qardaşı deyib ki, həkimlər hər şeyi etsələr də, amputasiyasız alınmır. Sınıq yerində 20×20 ölçülü irinli yara əmələ gəlib.
Daha əvvəl ona skuterdən yıxıldıqdan sonra sol ayağının açıq sınığı diaqnozu qoyulmuşdu.
Bloqerin dəri parçası köçürülüb və içərisinə mil qoyulub. Lakin sonra vəziyyəti pisləşib və təcili xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az