Məşhur rusiyalı avarçəkən Kirill Lyapunov Moskvanın düz mərkəzində vəhşicəsinə döyülüb.
İnterpress.az xəbər verir ki, yanvarın 4-nə keçən gecə 38 yaşlı idmançı dəhşətli xəsarətlərlə Botkin xəstəxanasına çatdırılıb. Həkimlər avarçəkənə göz almasının əzilməsi, göz qapaqlarının hematomaları, üzünün əzilməsi və sağ ziqomatik-orbital kompleksin sınığı diaqnozu qoyublar. .
O, Lyapunov Tverskoy bulvarındakı evinin yaxınlığında naməlum şəxslərin ona hücum etdiyini, sonra huşunu itirdiyini bildirə bilib. Gələn müstəntiqlər onu dindirə bilməyiblər.
Lyapunov Avropa çempionatının gümüş mükafatçısı, Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, beynəlxalq dərəcəli idman ustasıdır.
Xuraman Etibarlı
İnterpress.az