Millət vəkili seçicilərinə su payladı – FOTOLARbackend

Millət vəkili seçicilərinə su payladı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının tapşırığı ilə bu gün də Vətəndaş Həmrəyliyi Partiyası Neftçala rayon təşkilatının üzvləri rayonun bir sıra məntəqələrində suya ehtiyacı olan sakinlərə içməli su paylayıblar.
İnterpress.az xəbər verir ki, millət vəkilinin köməkçisi Fərman Hüseynov başda olmaqda bir çox şəxs könüllü şəkildə bu işdə iştirak edib.
Qeyd edək ki, Kür çayında suyun azalması Neftçalada ciddi su qıtlığı yaradıb. S.Rüstəmxanlının hökumətə müraciətindən sonra rayona su xətti çəkilməyə başlayıb. Hazırda həmin işlər davam etdirilir.