Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
İnterpress.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb.
Müzakirələrdə Baş nazir Əli Əsədov, Baş nazirin müavinləri, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, hökumət üzvləri və deputatlar iştirak edirlər.
Gələn ilin dövlət büdcəsi layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.