Milli Məclisin 2026-cı il yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək.
İnterpress.az xəbər verir ki, parlamentin yaz sessiyası Regional məsələlər komitəsinin iclası ilə başlayacaq.
Komitə iclasının gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.
Xatırladaq ki, Milli Məclisin deputatlarının tətil müddəti yanvarın 15-də başa çatacaq.
Parlamentin Daxili Nizamnaməsinə əsasən yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Bu il fevralın 1-i bazar gününə təsadüf etdiyindən parlamentin yaz sessiyası ayın 2-dən başlayacaq.






