Uorren Baffet həyat yoldaşının itən kartını niyə axtarmadığı barədə maraqlı açıqlama verib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Amerikalı tanınmış investor və milyarder Uorren Baffet həyat yoldaşı ilə bağlı olduqca yumoristik bir xatirəsini bölüşüb.
Milyarder bildirib ki, bir dəfə onun həyat yoldaşı kredit kartını itirib. Lakin o, həmin kartı bloklamaq və ya geri qaytarmaq üçün heç bir cəhd göstərməyib.
Baffet bunun səbəbini kartı tapan şəxsin onun həyat yoldaşı ilə müqayisədə qat-qat az pul xərcləməsi ilə izah edib.
Milyarderin bu zarafat dolu yanaşması sosial şəbəkələrdə böyük maraq və müzakirələrə səbəb olub.
Dünyanın ən zəngin şəxslərindən biri olan Baffet özünün qənaətcil həyat tərzi və maliyyə məsələlərinə yumoristik baxışı ilə tanınır.
Xuraman Etibarlı
İnterpress.az






