Miqrant uşaqlarının məktəblərdə pulsuz təhsil almasına qoyulan qadağa Rusiya Federasiyasının Konstitusiyasına ziddir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Təhsil Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, miqrantların uşaqlarının məktəblərdə pulsuz təhsil almasına qoyulan qadağa Rusiya Federasiyasının Konstitusiyasına ziddir.
“Konstitusiyaya əsasən, bütün vətəndaşlara və əcnəbilərə təhsil hüququ verilir. Bu, Rusiya Federasiyasında bütün insanlar üçün ümumidir”, – TASS-a ümumi təhsil siyasəti departamentinin rəhbəri Aleksandr Reut bildirib.
Xuraman Etibarlı
İnterpress.az