Misirin hərbi gəmisi Türkiyədən zəlzələdən zərər çəkənlərə 650 ton yardım aparıbbackend

Misirin hərbi gəmisi Türkiyədən zəlzələdən zərər çəkənlərə 650 ton yardım aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə “Əsrin fəlakəti” adlanan zəlzələlərin fəsadlar törətdiyi bölgələr üçün Misir hökumətinin 650 ton humanitar yardımı “ENS Halayeb” hərbi gəmi ilə Mersin Beynəlxalq Limanına çatdırılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin göstərişlərinə uyğun olaraq Kahramanmaraş və Hatayda zəlzələdən zərər çəkmiş bölgələr üçün paytaxt Qahirədən alınan yardım materialları Sinay yarımadasının şimalındakı Əl-Ariş limanına aparılıb.

Buradakı konteynerlərə daşınan 285 çadır, 99 min 300 ədyal, çoxlu sayda çarpayı və elektrik qızdırıcısı, dərman, qida, təmizlik və tibbi ləvazimatlardan ibarət təxminən 650 ton yardım Misir Hərbi Dəniz Qüvvələrinə məxsus “ENS” gəmisinə yüklənib.

Misir Hərbi Dəniz Qüvvələrinin 105 metr uzunluğunda və 40 metr hündürlüyündə gəmisi 2 günlük səyahətdən sonra Mersin Beynəlxalq Limanına çatıb.

Misirin Ankara missiyasının rəhbəri və müvəqqəti işlər vəkili Əmr Soliman Əl Hamami, Sahil Mühafizəsi Komandanlığı rəsmiləri və AFAD zabitləri yanan gəmini qarşılayıb.

AFAD-ın koordinasiyasında alınacaq yardımın zəlzələ bölgələrinə göndəriləcəyi bildirilib.