Bu Anadolu canavarına salam verməkdən başqa çarəniz yoxdur.
İnterpress.az xəbər verir ki, bunu Misirin keçmiş prezidenti Məhəmməd Mursinin tərəfdaşlarından olan Asim Əbdülməcid deyib. Əbdülməcid X hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşım edib.
“Bu Anadolu canavarına salam verməkdən başqa çarəniz yoxdur”.
“Ərdoğan ABŞ-nin dəstəyi ilə dörd ölkənin Qətərə təcavüz cəhdinə müqavimət göstərdi”.
“O, Liviyanın şərqini Haftar və Vaqner qüvvələrindən müdafiə etdi”.
“Azərbaycan öz torpaqlarını xristian ermənilərdən azad etdi”.
“O, illər əvvəl Suriyada rus ordusunu alçaltdı”.
“O, beş milyon suriyalı qəbul etdi. Bu, onun prezident seçkilərində birinci turda məğlub olmasına səbəb oldu”.
“Bütün nailiyyətləri bir yerə toplayıb, onların bölgəmizdə müsəlmanların tənəzzül dövründə baş verdiyini xatırlayanda, əgər ağlın və ədalətin adamısansa, bu Anadolu qurdunu tərifləməyə bilməzsən”.
Xuraman Etibarlı
İnterpress.az