Moldovanın baş nazirliyinə namizəd yeni hökumətin tərkibini açıqlayıbbackend

Moldovanın baş nazirliyinə namizəd yeni hökumətin tərkibini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın baş naziri vəzifəsinə namizəd Dorin Reçan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

Bu barədə Dorin Reçan feysbukda yazıb.

“Bu komanda ilə birlikdə parlamentə gedərək hökumətin proqramını təqdim edəcəyəm və deputatlardan dəstək istəyəcəyəm”, – Reçan bildirib.

Belə ki, onun təşəbbüsü ilə kabinetdə Viktor Parlikovun rəhbərlik edəcəyi Energetika Nazirliyi yaradılıb.

Yeni infrastruktur və regional inkişaf naziri vəzifəsinə Liliya Dabijanın, maliyyə naziri vəzifəsinə Veronika Siretsyanunun, ədliyyə naziri vəzifəsinə isə Veronika Mixaylov-Morarunun təyin edilməsi təklif edilir.

Yerdə qalan nazirlər öz postlarını qoruyacaqlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin yeni tərkibi fevralın 16-da parlamentin təsdiqinə təqdim olunacaq.