Monteneqroda silahlı şəxsin insanlara atəş açması nəticəsində azı 10 nəfər həlak olubbackend

Monteneqroda silahlı şəxsin insanlara atəş açması nəticəsində azı 10 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Monteneqronun Çetinye şəhərində insanlara atəş açan şəxs 2-si azyaşlı olmaqla azı 10 nəfəri öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Monteneqronun daxili işlər naziri Danilo Saranoviç mətbuat konfransı zamanı bildirib.

“Bu cinayəti törətməkdə şübhəli bilinən Ako Martinoviç 2-si azyaşlı olmaqla, azı 10 nəfərin həyatına son qoyub”, – deyə o bildirib.

Nazir Çetinye sakinlərini şübhəli həbs olunana qədər evlərini tərk etməməyə çağırıb.