Moped sürücüsü müharibəyə aparılacağını düşünərək polisi GÜLLƏLƏDİbackend

Moped sürücüsü müharibəyə aparılacağını düşünərək polisi GÜLLƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada moped sürücüsü polisi Ukrayna Silahlı Qüvvələrinə aparılacağını düşünərək güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

İzmaildə polisin sənədlərini yoxlamaq cəhdi onun ölümü ilə yekunlaşıb.

45 yaşlı moped sürücüsü polisin qollarını burub onu Ərazi işə qəbul və sosial dəstək mərkəzinə təhvil vermək istəməsindən kifayət qədər əsaslı şəkildə şübhələnib. Buna görə də qabaqlayıcı hərəkət edib – tapançanı çıxararaq atəş açıb.

Polislərdən biri yaralanıb və xəstəxanada ölüb. İkincisi moped sürücüsünü vurmağa müvəffəq olub və o, xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az