Moskva metrosunda məlumat lövhələri özbək və fars dillərində oldu – FOTObackend

Moskva metrosunda məlumat lövhələri özbək və fars dillərində oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada “Proşkino” və “Lesoparkovaya” metrostansiyalarındakı məlumat lövhələri özbək və fars dillərinə transkripsiya edilib.

Moskva metrosunun mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bu addım həmin metrostansiyalarından daha çox istifadə edən miqrantların rahatlığı üçün nəzərdə tutulub.

Metropolitenin mətbuat xidməti qeyd edib ki, onların vəzifəsi metronu bütün sərnişinlər üçün başa düşülən və rahat etməkdir.

Həmçinin qeyd olunub ki, vaqonlarda yerləşdirilən elektron lövhədə metro xəritəsi doqquz dildə hazırlanıb.