“Motosiklet və moped sürücüləri yollarda təhlükə yaradır” – Deputatbackend

“Motosiklet və moped sürücüləri yollarda təhlükə yaradır” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Motosiklet və mopedlər şəhərdə çox böyük təhlükə yaradır”.

İnterpress.az xəbər verir ki, bunu “Bakupost.az”a millət vəkili Rüfət Quliyev motosiklet sürücüsünün vəzifəli şəxs tərəfindən döyülməsi ilə bağlı danışarkən deyib.

Bildirib ki, bununla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə müraciət də edib:

“Oradan məlumat verdilər ki, bir il ərzində motosiklet və mopedlərin yaratdığı problemlər 2000-dən artıq olub. Çox vaxt bunlar haqqında inzibati qərar vermək də mümkün olmur. Ona görə ki, əksəriyyətinin nömrəsi yoxdur. Motosiklet və mopedlərə dövlət nömrə nişanının verilməsi ilə bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olmalıdır ki, onları axtarıb tapmaq mümkün olsun. Sovet dövründə qanunla 40 kubdan aşağı mühərrikli mopedlərə nömrə düşmürdü. Amma bu gün 40 kubluq olan mopedlərin sürəti 70-80-dən yuxarıdır. Bu da ciddi təhlükə yaradır. Qarşısını almaq üçün ciddi addımlar atmaq lazımdır. Bunun üçün xüsusi qanuna ehtiyac yoxdur.

Nazirlər Kabinetinin qərarı, təlimatı ilə bunu dəyişmək olar ki. Mopedlər, motosikletlər nömrəsiz şəhərə çıxa bilməməlidirlər. O zaman çox rahat şəkildə onları aşkar edib məsuliyyətə cəlb etmək olar. Son vaxtlar aldığım məlumata görə Azərbaycanda ayda 2000-dən yuxarı motosiklet, moped satılır. Ona görə də ən qısa zamanda təhlükəsizlik üçün tədbirlər görülməlidir”.