Belqorodda müdafiə sənayesi müəssisələrindən birinin baş direktoruna sui-qəsdin qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Müəyyən edilib ki, Rusiya vətəndaşı “Telegram” internet messencerində Rusiyada qadağan olunmuş Ukraynayönlü terror təşkilatlarından birinin nümayəndəsi ilə məxfi əməkdaşlıq əlaqələri qurub.
Sonra kuratorlarının göstərişi ilə həmin şəxs Bryansk vilayətinin rayonlarından birinə gəlib və orada silah və partlayıcı maddələr olan PUA-nı götürüb.
Cinayəti törədən şəxs “cinayət planını həyata keçirərkən” saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az