Müharibələr bitərsə, hegemonluq sistemi çökəcək – BƏŞƏR ƏSƏDbackend

Müharibələr bitərsə, hegemonluq sistemi çökəcək – BƏŞƏR ƏSƏD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Qərb varlığını davam etdirmək üçün müharibə siyasəti yürüdür.”

İnterpress.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Belarusun baş naziri Roman Qolovçenko ilə telefon danışığı zamanı bildirib.

O, vurğulayıb ki, Qərb öz varlığını və dünyada hegemonluq sistemini qoruyub saxlamaq üçün “daimi müharibələrə” ehtiyac duyur.

Əsəd, “Qərb varlığını davam etdirmək üçün müharibə siyasəti yürüdür, çünki bu müharibələr bitərsə, hegemonluq sistemi çökəcək” deyib.

Qərbin Suriya, Rusiya, Belarus və bir sıra digər ölkələrdə məqsədlərinə çata bilmədiyini deyən Əsəd, məhz bu səbəbdən bu ölkələrə qarşı iqtisadi müharibələrin başladığını vurğulayıb.

Əsəd eyni zamanda ortaq prinsip və dəyərləri müdafiə edən ölkələri səylərini birləşdirməyə və iqtisadi əlaqələr qurmağa çağırıb.