İsrail oktyabrın 7-də müharibə vəziyyətinə girdikdən sonra gərgin xərclər dövrünə qədəm qoyub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Baş nazir Benyamin Netanyahu “kranların açılmasını tapşırdığını” açıqlayıb.
Bunun əksinə olaraq, İsrail Bankının rəhbəri Amir Yaron iqtisadiyyatı dəstəkləmək və sağlam maliyyə vəziyyətini saxlamaq arasında balanslaşdırılmış yanaşmanın zəruriliyini vurğulayıb.
İsrail büdcəsi Qəzzaya davamlı hücum edən ordunun xərcləri, təxminən 350 min ehtiyat əsgərin vergidən azad edilməsi, əlavə maliyyə dəstəyi, vergi güzəştləri, münaqişə bölgələrindən təxliyə edilənlərin yaşayış yeri kimi bir çox xərclərlə yüklənib. Ehtiyatların işçi qüvvəsindən çıxarılması və aktiv istehlak da istehsalı və iqtisadi hərəkətliliyi zəiflədib.
İsrailin iqtisadi qəzeti “Calcalist” müharibənin ümumi dəyərinin təxminən 51 milyard dolları keçəcəyini yazıb.
İqtisadi göstəricilərdə qırmızı rəqəmlərin sayı artır
Dollar qarşısında eniş trendinə girən şekel son 10 ilin ən aşağı səviyyəsinə düşüb.
İsrail Bankı ölkənin valyutasını qorumağa çalışdığı üçün İsrailin valyuta ehtiyatları azalıb.
Mərkəzi Bankın məlumatına görə, ehtiyatlar 7,3 milyard dollar azalaraq 191,2 milyard dollar olub.
Bundan əlavə, iqtisadiyyatın yavaşlaması səbəbindən İsrailin vergi gəlirlərinin də azaldığı bildirilib.