Putin Qarabağ üzrə Rusiya-Türkiyə müşahidə mərkəzindən danışdıbackend

Putin Qarabağ üzrə Rusiya-Türkiyə müşahidə mərkəzindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ üzrə birgə Rusiya-Türkiyə mərkəzi pilotsuz uçuş aparatlarından istifadə edəcək.

Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Bizim Yaxın Şərqdə qarşılıqlı əlaqə üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradaq, hansı ki, pilotsuz uçuş aparatlarından istifadə edəcək. Bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik”, – o “Rusiya 24” telekanalının efirində deyib.

 

İnterpress.az