“Müxalifət mandatdan imtina etsə, seçki komissiyalarının 50 faizinə nəzarət etmək imkanını itirəcək”.
interpress.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının üzvü Artsvik Minasyan jurnalistlərə deyib. O, müxalifətin mandatdan imtina etməsi məsələsinə toxunub.
Onun sözlərinə görə, əgər parlamentdə müxalifət fraksiyası yoxdursa, bu, müxalifətin seçki komissiyalarının 50 faizinə nəzarət etmək imkanından məhrum olması deməkdir.
“Bizim bu hüquqlarımız aradan qalxır və tamamilə hakimiyyət nümayəndələrindən formalaşan seçki komissiyasına keçir. Yəni müxalifətdən mandatını tərk etməyi tələb etməklə siz müxalifəti seçki komissiyalarının ən azı 50%-nə nəzarət etmək imkanından məhrum edirsiniz. Beləliklə, seçkilərdə saxtakarlığın olmamasına nəzarət də edə bilmirsiniz”, – Minasyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az