NASA ilk Yaponiyanın “özəl sektor” kosmik gəmisinin Ay səthində qalıqlarını aşkar edibbackend

NASA ilk Yaponiyanın “özəl sektor” kosmik gəmisinin Ay səthində qalıqlarını aşkar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Aerokosmik Agentliyi (NASA) “özəl sektorun” maliyyəsi ilə Aya enişi planlaşdırılan, lakin eniş zamanı qəzaya uğradığı müəyyən edilən ilk Yapon kosmik gəmisinin mümkün qalıqlarını görüntüləyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

NASA Ay Kəşfiyyat Peyki (LRO) Yaponiyanın kosmos şirkətinə məxsus “Hakuto-R” Mission-1 kosmik gəmisinin qalıqları hesab edilən 4 böyük kraterin şəkillərini çəkib.

Sözügedən ərazinin üzərindən uçan NASA LRO eniş yerinin ətrafında 10 şəkil lentə alıb.

NASA komandası eniş cəhdindən əvvəl eyni ərazinin şəkillərini müqayisə edərək, ehtimal edilən eniş yerində qeyri-adi səth dəyişikliyini müəyyən edib.

Müqayisə nəticəsində ən azı 4 gözə çarpan dağıntı parçası və bir neçə kiçik səth dəyişikliyi müəyyən edilib ki, bu da desant gəmisinin gövdəsinin digər hissələri ola bilər.

LRO mühəndisi Emerson Speyerer, sosial media hesabında LRO-nun kamerası ilə bölgənin önümüzdəki aylarda daha çox təhlil ediləcəyini bildirib.

ispace, “Hakuto-R” proqramının 2 və 3-cü mərhələlərinin üzərində işləndiyini və uğursuz enişdən əldə edilən məlumatların gələcək missiyalara kömək edəcəyini açıqlayıb.

LRO daha əvvəl Ayın səthində İsrailin Beresheet və Hindistanın Vikram kosmik gəmilərinin qalıqlarını aşkar etmişdi və bu da uğursuz olmuşdu.