“NATO ölkələri Ukraynaya qoşun göndərməyə hazır deyil”backend

“NATO ölkələri Ukraynaya qoşun göndərməyə hazır deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Boris Conson “Ukrayna böhranı”ndan danışıb.

İnterpress.az xəbər verir ki, baş nazir “hazırda elə bir NATO üzvü yoxdur ki, Ukraynaya böyük kontingent göndərməyə hazır olsun”, deyə bildirib.
Consonun sözlərinə görə, vəziyyətin gərginləşəcəyi təqdirdə NATO qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı azdır. Çünki Kiyev alyansın üzvü deyil.

– Bilirəm ki, emosional olaraq çoxları bu fikrə şərikdir. Təbii ki, instinktiv olaraq çoxları Ukraynaya NATO qoşunları şəklində aktiv fiziki dəstək verməyə çağıracaq. Amma deməliyəm ki, bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm. Ukrayna NATO-nun üzvü deyil, – Conson parlamentdə çıxışı zamanı bildirib.(azvision.az)