Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin direktoru Həsənova Elmira Müzəffər qızı işdən çıxarılıb.
İnterpress.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Elxan Nəcəfov əmr imzalayıb.
Direktor vəzifəsi müvəqqəti olaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həsənov Həsən Məmməd oğluna həvalə olunub.