Nazirliyin 40 mindən çox müəssisəsi yoxlanılırbackend

Nazirliyin 40 mindən çox müəssisəsi yoxlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda regional mədəniyyət evlərində yoxlamalar aparılır.

“Report” xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, nəzarət sisteminin zəif olması bu sahədə fəaliyyətin daha da gücləndirilməsini lazım edir:

“Bəzi mədəniyyət evlərinin təyinatı üzrə fəaliyyət göstərməməsi halları var. Bu baxımdan mənim tapşırığımla regionlarda mədəniyyət evlərində yoxlamalar aparılır. 43 minə yaxın müəssisə var, onların yoxlanılması zaman alan məsələdir. Biz idarəetmə və hesabatlılığı gücləndirməklə problemlərin öhdəsindən gələcəyik”.