Neftçalada 3 nəfər bıçaqlanıbbackend

Neftçalada 3 nəfər bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala sakinləri bıçaqlanıb.

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri – 1979-cu il təvəllülü Sadıqov Emin Baloğlan oğlu, 1992-ci il təvəllüdlü Həsənli Qəfər Hüseynağa oğlu və 1992-ci il təvəllüdlü Əhmədli Rüfət İsa oğlu bədənlərinin kəsilmiş-deşilmiş yaraları ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, E.Sadıqovla Q.Həsənlinin küçədə, R.Əhmədlinin isə evdə tanımadığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.