Nepalda daşqınlar azı 35 nəfərin həyatına son qoyubbackend

Nepalda daşqınlar azı 35 nəfərin həyatına son qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalın qərbindəki Karnali əyalətində daşqınlar və torpaq sürüşmələri nəticəsində həftənin əvvəlindən ən azı 35 nəfər ölüb, 20 nəfər itkin düşüb.

Güclü musson yağışları nəticəsində yaranan təbii fəlakət oktyabr ayında 150-dən çox güclü sürüşmənin baş verdiyi Surxet, Cumla, Kalikot və digər ərazilərdə normal həyatı pozub, yüzlərlə yaşayış binasını dağıdıb.

Son 24 saat ərzində bu bölgələrdə təbii fəlakət 17 nəfərin həyatına son qoyub.

Karnali hakimiyyəti bölgə əhalisi üçün xilasetmə və yardım əməliyyatları həyata keçirmək məqsədilə hərbçi və polis heyətini səfərbər edib.

Nepal hökumətinin məlumatına görə, son beş ayda ölkədə azı 276 nəfər təbii fəlakətin qurbanı olub. Onlardan 90-ı sürüşmə, daha 79-u ildırım vurması nəticəsində həlak olub.

Mənbə: TASS