Niderland Ukrayna Silahlı Qüvvələrinə təlim keçməkdən İMTİNA ETDİbackend

Niderland Ukrayna Silahlı Qüvvələrinə təlim keçməkdən İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderland Ukrayna hərbçilərinin təlimi üzrə Britaniyanın “Interflex” proqramından çıxır.

İnterpress.az xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyi məlumat yayıb.

Niderland Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərinə təlim keçmək üçün nəzərdə tutulan Böyük Britaniyanın “Interflex” proqramında iştirakını dayandırır. Nazirliyin yaydığı rəsmi bəyanatda bu barədə məlumat verilsə də, qəbul edilən qərarın konkret səbəbləri hələlik açıqlanmayıb.

Əlavə olaraq bildirək ki, sənəddə əməliyyatın mövcud mərhələsinin artıq “başa çatdığı” vurğulanıb. Qeyd edək ki, “Interflex” proqramı çərçivəsində təşkil edilən hərbi təlimlərdə Niderland da daxil olmaqla, ümumilikdə 14 fərqli ölkənin silahlı qüvvələrinin nümayəndələri iştirak ediblər.

Xuraman Etibarlı

İnterpress.az