Nigeriyada toydan sonra bəy də daxil olmaqla altı nəfər komaya düşüb öldü – FOTObackend

Nigeriyada toydan sonra bəy də daxil olmaqla altı nəfər komaya düşüb öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada toy mərasimi faciə ilə yekunlaşıb. Belə ki, tədbirdən sonra altı nəfər dünyasını dəyişib. Ölənlər arasında bəy də var.

Hadisə Enuqu şəhərində baş verib.

Məlumata görə, toydan sonra bəy və gəlin qonaqları gecələməyə dəvət edib. Səhər bir neçə qonşu yeni ailə quranları təbrik etmək üçün gəlsə də, onlara qapını açan olmayıb. Bundan narahat olan qonşular özbaşına evə giriblər və dəhşətli mənzərə ilə üzləşiblər: Qonaqlar və cütlük huşsuz vəziyyətdə olublar, onların ağızlarından köpük gəlib.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilsə də, bəy də daxil olmaqla altı nəfərin həyatını xilas etmək mümkün olmayıb. Yeddi qonaq və gəlin hələ də xəstəxanada müalicə alır.

Ölümün ilkin səbəbi dəm qazından zəhərlənmə göstərilir.

 

Mənbə:  Daily Mail