Nigeriyanın Abia əyalətində 70-dən çox cəsəd tapılıbbackend

Nigeriyanın Abia əyalətində 70-dən çox cəsəd tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın cənubundakı Abia əyalətində 70-dən çox cəsəd tapılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Vanguard qəzetinin xəbərinə görə, Abia qubernatoru Aleks Otti açıqlamasında bildirib ki, əyalətdə adam oğurluğu hallarının artması səbəbindən Umunneochi bölgəsində silahlı dəstə üzvlərinə qarşı basqın təşkil edilib.

Basqın zamanı şok edici kəşflərin edildiyini qeyd edən Otti deyib: “Umunneochi bölgəsindəki mal-qara bazarının ətrafında 48 saatdan az bir müddətdə 50-dən çox çürümüş cəsəd və 20-dən çox başsız qadın və uşaq cəsədi tapdıq. Həmçinin çoxlu insan tapdıq”.

Otti bazarın ətrafındakı ərazinin cinayətkarların sığınacağına çevrilməsindən təəssüfləndiyini bildirib və ştatda tam sülh və təhlükəsizlik təmin olunana qədər silahlı dəstə üzvlərinə qarşı mübarizəni davam etdirəcəyini vəd edib.

Nigeriyada adam oğurluğu cinayəti ölümlə cəzalandırılır, lakin fidyə müqabilində adam oğurluğu adi haldır.

Abia əyaləti son vaxtlar adam oğurluğu hallarının artdığının şahidi olub.

Ərazidə din xadimləri, polis məmurları və digər sakinlər də daxil olmaqla çoxlu insan oğurlanıb.

Oğurlananların bəziləri fidyə ödənildikdən sonra sərbəst buraxılsa da, fidyə ödənilməsinə baxmayaraq bəzilərinin harada olduğu məlum deyil.