Nikol Paşinyanı müşayiət edən avtomobil qəza törədibbackend

Nikol Paşinyanı müşayiət edən avtomobil qəza törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerevanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanı müşayiət edən maşın karvanının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ermənistan Polisinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərin Vazgen Sarkisyan və Xorenasiya küçələrinin kəsişməsində “Mercedes” və “Nissan” avtomobilləri toqquşub.

Hadisə yerində hüquq-mühafizə orqanının əməkdaşları araşdırma aparır.

 

 

İnterpress.az