Norveç Belarusun adını dəyişdibackend

Norveç Belarusun adını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç Belarusun ölkədəki rəsmi adını dəyişib.

İnterpress.az xəbər verir ki, bundan sonra o, “Hviterussland” deyil, “Belarus” adlandırılacaq.

Qeyd edək ki, “Hviterrussland” Norveç dilindən hərfi tərcümədə “Ağ Rusiya” deməkdir. Ölkənin adının dəyişdirilməsinin səbəbi də məhz budur.

Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt izah edib ki, bu, son nəticədə siyasi məsələdir.

Onun sözlərinə görə, adın dəyişdirilməsi Belarus və Rusiya arasındakı fərqi vurğulamaq üçün edilib.

Qeyd edək ki, Norveç bu addımı atan ilk ölkə deyil. Belə ki, 2019-cu ildə İsveç, 2021-ci ildə isə Danimarka Belarusun ölkədəki adını dəyişib.