Nüvə enerjisinə investisiyalar urana tələbatı artırırbackend

Nüvə enerjisinə investisiyalar urana tələbatı artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada yüksək enerji qiymətləri və iddialı iqlim hədəfləri ölkələri nüvə enerjisinə sərmayə qoymağa istiqamətləndirən urana tələbatı artırır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Tibbdən dənizçiliyə, müdafiə sənayesindən nüvə enerjisinə qədər bir çox fərqli sahədə istifadə edilən uranın qiymətlərinin artması diqqət çəkir.

Beynəlxalq Atom Enerjisi Agentliyi və Ümumdünya Nüvə Assosiasiyasının məlumatlarından toplanan məlumatlara görə, dünya üzrə elektrik enerjisinin təxminən 10 faizi nüvə reaktorlarında urandan istehsal olunur. Bu, təqribən 2500 terawatt saatlıq illik elektrik enerjisi istehsalına uyğundur.

Dünyanın 32 ölkəsində quraşdırılmış gücü 370 min 170 meqavat olan 412 aktiv reaktor var. Yaponiya və Hindistanda fəaliyyətini müvəqqəti dayandıran ümumi quraşdırılmış gücü 21 min 228 meqavat olan daha 25 reaktor var.

Dünyanın 17 ölkəsində ümumi quraşdırılmış gücü 60 min 207 meqavat olan 58 reaktorun tikintisi davam edir.