Oğru dünyası ilə əlaqəsi olan 5 nəfər saxlanılıbbackend

Oğru dünyası ilə əlaqəsi olan 5 nəfər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğru dünyası  ilə əlaqəsi olan 5 nəfər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, saxlanılan şəxslər 1967-ci il təvəllüdlü M. D. və əvvəllər məhkum olmuş  1978-ci il təvəllüdlü M. M oğru dünyasının üzvünə müraciət etmək ittihamı ilə saxlanılıblar. Əvvəllər məhkum olmuş 1983-cü il təvəllüdlü G.D, 1989-cu il təvəllüdlü K.Ç. və 1968-ci il təvəllüdlü G.F oğru aləminin üzvü olduğuna görə həbs ediliblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər mübahisə edən tərəflər arasında yaranmış maliyyə mübahisələrinin həlli, mübahisəli məsələlərin müzakirəsi məqsədilə vətəndaşların müraciəti əsasında cinayət əməllərində fəal iştirak ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxslər üçün  3 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Faktı ilə bağlı Cinayət Məcəlləsinin 223-4-cü maddəsi ilə araşdırma aparılır.