Oğuza istirahətə gedənlər cəzalandırıldı – FOTObackend

Oğuza istirahətə gedənlər cəzalandırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gedən şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçrilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərində, gündəlik kirayə evlərdə və hotellərdə keçirilən reyd zamanı icazələri olmadan, qaydaları pozaraq sərtləşdirilmiş karantin rejimi elan edilən rayonlardan Oğuza gedərək istirahət edən şəxslər müəyyən edilib.

Onların barələrində qanunauyğun tədbirlər görülüb.