Oğuzda qadın sürücü qəza törədib, xəsarət alan varbackend

Oğuzda qadın sürücü qəza törədib, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bu barədə İnterpress.az-a yerli sakinlər məlumat verib.

Məlumata görə, Kərimli-Yaqublu avtomobil yolunda rayonun Mollalı kənd sakini 1984-cü il təvəllüdlü Aybəniz Kamil qızı Hüseynova idarə etdiyi “Changan” markalı avtomobili yol kənarındakı ağaca vurub.

Nəticədə maşında olan sərnişin, Mollalı kənd sakini 1996-cı il təvəllüdlü Şamo Kamil oğlu Əzizov xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.