Ölkədə iki rayonda qaz xətləri yenilənir – FOTObackend

Ölkədə iki rayonda qaz xətləri yenilənir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax və Şəmkir rayonlarında qaz xətləri yenilənir.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, abonentlərin mavi yanacaqdan rahat, daha əlçatan şəkildə istifadə edə bilmələri üçün Şəmkir rayonunda da təmir işləri həyata keçirilir.

Rayonun Yuxarı və Aşağı Seyfəli kəndlərində istismar müddəti başa çatmış qaz xətləri yenilənir. 2800 metr uzunluğunda çəkilən yeni qaz xətti abonentlərin payız-qış mövsümündə qaz təchizatında yarana biləcək problemləri minimuma endirəcək.

 

 

İnterpress.az