Ukraynalılar genişmiqyaslı müharibənin tezliklə bitəcəyini gözləməməlidirlər.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Blausha Digest” verilişinin efirində bildirib.
O deyib ki, ukraynalılar genişmiqyaslı müharibənin tezliklə bitəcəyini gözləməməlidirlər.
“Ukraynada genişmiqyaslı müharibə tezliklə bitməyəcək. Gözləməyin mənası yoxdur. Biz çox çalışmalıyıq.
Ukraynanın siyasi və hərbi rəhbərliyi, diplomatları, dövlət sektoru, mədəni diplomatiya və beynəlxalq tərəfdaşlar müharibənin sonunu yaxınlaşdırmaq üçün hər cür səy göstərirlər”, – Yusov vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az