Oman körfəzində GƏRGİNLİK: ABŞ hərbi təyyarəsi neft tankerini VURDUbackend

Oman körfəzində GƏRGİNLİK: ABŞ hərbi təyyarəsi neft tankerini VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində neft tankerini atəşə tutub.

İnterpress.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

İyunun 8-də ABŞ ordusu Oman körfəzində İrana qarşı tətbiq edilən mövcud blokadanı pozaraq İran limanına daxil olmağa cəhd edən boş neft tankerini sıradan çıxarıb. Bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı rəsmi bəyanatda əks olunub.

Məlumata görə, Palau bayrağı altında üzən “M/T Marivex” tankeri ABŞ hərbçilərinin tələblərinə tabe olmayıb.

Nəticədə “USS Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxan “F/A-18 Super Hornet” qırıcı təyyarəsi gəminin maşın bölməsinə və sükan idarəetmə sisteminə dəqiq zərbə endirib.

Hadisə nəticəsində gəmidə ciddi dağıntılar yarandığı və idarəetməni tamamilə itirdiyi bildirilir. Ekipaj üzvləri arasında xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.

ABŞ rəsmiləri İrana qarşı tətbiq edilən sanksiyaların və dəniz blokadasının pozulmasına imkan verilməyəcəyini və bu cür cəhdlərə qarşı qətiyyətli tədbirlərin davam etdiriləcəyini vurğulayıblar.

Xuraman Etibarlı

İnterpress.az