Onu siz də tanıyın: 2 min şəhidi öz əlləriylə yuyaraq kəfənləyib – Fotobackend

Onu siz də tanıyın: 2 min şəhidi öz əlləriylə yuyaraq kəfənləyib – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir ayağını 92-ci ildə Qarabağ döyüşlərində itirən qazimiz var – Mübariz Sadıqlı! “Qarabağ qaziləri” birliyininin fəalı olan  Mübariz  BDU-nun hüquq fakultəsini bitirib. 44 günlük zəfər döyüşlərində də silaha sarılmaq istədi, amma ayağı olmadığından komandanlıq onu döyüşə buraxmadı”bu sözləri “Qarabağ qaziləri” birliyininin mətbuat katibi, tanınmış jurnalist Rey Kərimoğlu özünün facebook səhifəsində yazıb. Jurnalist daha sonra bunları qeyd edib: “Mübariz dayanmadı, ön cəbəhədə qaldı və gücü çatanı etdi. Füzuli məscidində 2 min şəhidin yuyulub kəfənlənməsində şəxsən iştirak etdi…

Hər bir şəhidin də ALNINDAN ÖPƏRƏK onları kəfənləyib!”

Rey Kərimoğlu sıralarımızda bu cür insanların, çox olduğunu və onları tanımağın vacibliyini vurğulayıb.