Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Qeyri-OPEC ölkələri (OPEC+) çərçivəsində keçiriləcək iclaslar və görüşlər rəsmi olaraq noyabrın 30-na təxirə salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə OPEC məlumat yayıb.
Daha əvvəl OPEC Konfransının 187-ci iclasının, OPEC+ Monitorinq Komitəsinin 51-ci iclasının və OPEC və qeyri-OPEC Nazirlərinin 36-cı görüşünün noyabrın 25-26-da keçirilməsi planlaşdırılırdı.