Ötən il Avropa Məhkəməsi Azərbaycanla bağlı 79 qərar çıxarıbbackend

Ötən il Avropa Məhkəməsi Azərbaycanla bağlı 79 qərar çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 79 qərar çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə AİHM-in bu gün dərc olunmuş “2021-ci il üzrə fəaliyyətə baxış” hesabatında deyilir.

Məlumata görə, ötən il AİHM-ə Azərbaycanla bağlı 425 ərizə daxil olub. Bu ərizələrdən 298-i rədd edilib, 79 iş üzrə qərar çıxarılıb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Azərbaycanla bağlı 525 ərizə daxil olmuşdu. Onlardan 360-ı rədd edilib, 74-ü üzrə qərar qəbul edilmişdi.

2021-ci ildə 116 iş, 2020-ci ildə isə 159 iş Azərbaycan hökuməti ilə müzakirə mərhələsində olub.

Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. İlk iş 2006-cı ildə qəbul edilib.