Ötən sutka 4 nəfər xilas edilibbackend

Ötən sutka 4 nəfər xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

İnterpress.az xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən Bakı şəhərinin Səbail rayonunda intihar məqsədilə özünü dənizə atmış 1 nəfər xilas edilib. Həmçinin yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Cəfərov İlham Bayram oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.