Rusiyada övladları söyüş söyən valideynlərin cərimələnməsini təklif ediblər.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Uşaq ombudsmanı Anna Mişonova söyüşün “şeytanın enerjisini qidalandırdığına” əmindir.
Mişonova bu yaxınlarda yetkinlik yaşına çatmayanlar arasında nalayiq ifadələrə görə məsuliyyət tətbiq etdikləri Qazaxıstandan nümunə götürməyi təklif edib.
O, həmçinin hesab edir ki, başqa adamlar söyüşləri video və audioya yaza, sonra isə həmin şəxsin cəzalandırılması üçün səlahiyyətli orqanlara şikayət edə bilərlər.
Xuraman Etibarlı
İnterpress.az