Özbəkistan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirakı ilə bağlı məlumatları YOXLAYIRbackend

Özbəkistan vətəndaşlarının Rusiya-Ukrayna müharibəsində iştirakı ilə bağlı məlumatları YOXLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan hakimiyyəti vətəndaşların Rusiya-Ukrayna müharibəsində iştirakı ilə bağlı məlumatları yoxlayır.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Özbəkistanın səlahiyyətli orqanları 1110 respublika vətəndaşının Ukraynadakı müharibədə iştirakı ilə bağlı məlumatları yoxlayır.

Bildirilir ki, məlumat təsdiqini taparsa, muzdlular vətənə qayıtdıqdan sonra müvafiq tədbirlər görüləcək.

Aprelin 30-da Ukraynanın könüllü əsirlikdə olan rus hərbçilərinə kömək məqsədilə yaradılmış “Mən yaşamaq istəyirəm” dövlət layihəsi Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlamış və Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş Özbəkistan vətəndaşlarının anonim siyahısını dərc edib.

Xuraman Etibarlı

İnterpress.az