Özbəkistandakı diaspor üzvləri beynəlxalq təşkilatlardan Ermənistanla bağlı hərəkətə keçməyi tələb ediblərbackend

Özbəkistandakı diaspor üzvləri beynəlxalq təşkilatlardan Ermənistanla bağlı hərəkətə keçməyi tələb ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ermənistanın mina xəritələrinə dair yolverilməz davranışına həsr olunmuş tədbir keçirilib.
Tərbirdə mərkəzin rəhbəri Firdovsi Hüseynov və diaspor təşkilatının digər üzvləri çıxış ediblər. Bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə minalar basdırılması Qarabağ bölgəsində normal həyatın bərpa olunmamasına və dinc əhalinin doğma yurd-yuvalarına qayıda bilməməsinə hesablanmış çirkin addımdır. Ermənilərın torpaqların əsl sahibi olan azərbaycanlılara maksimum zərər vurmağa çalışdığı, ancaq məkrli məqsədlərinə nail ola bilməyəcəkləri, Azərbaycan vətəndaşlarının Vətənimizin ərazi bütövlüyü və bölünməzliyi üçün bütün istiqamətlərdə qətiyyətlə mübarizə aparmağa qadir olduqları vurğulanıb. Ermənilərin mina xəritələrini verməkdən imtina etməsi, saxta soyqırım iddiaları ilə dünyanı çaşdırmağa cəhd etməsi, Azərbaycan və Türkiyə bayraqlarını yandırması bu dövlətin bölgədə sülh və əmin-amanlıq tərəfdarı olmadığını göstərir.
Tədbirdə Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin Ermənistanın mina xəritələrini verməkdən imtinası barədə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatı oxunub. Bəyanatda Özbəkistanda yaşayan azərbaycanlıların Ermənistanın mina xəritələrini təhvil verməməsinə sərt etiraz etdiyi, beynəlxalq təşkilatlardan bu problemin dərhal və qeyd-şərtsiz həll edilməsi üçün qətiyyətli addımlar atmağı tələb etdiyi nəzərə çatdırılıb.
Bəyanat Özbəkistan KİV-lərində dərc edilib və sosial media şəbəkələrində paylaşılıb.

 

İnterpress.az