“Özsüt”dən bayrağofobiya – bu dəfə Ukraynanın bayrağı təhqir olundu – FOTObackend

“Özsüt”dən bayrağofobiya – bu dəfə Ukraynanın bayrağı təhqir olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən “Özsüt” restoranlar şəbəkəsində bu dəfə Ukraynanın Dövlət Bayrağına qarşı hörmətsizlik nümayiş olunub.

Bu barədə İnterpress.az-ın redaksiyasına daxil olan məlumatda deyilir.

Qeyd olunur ki, “Özsüt”ün Səbail rayonu ərazisində (Fəvvarələr meydanı) yerləşən restoranında bu dəfə Ukraynanın Dövlət Bayrağı döşəmənin üzərinə sərilib.

Xatırladaq ki, bir neçə gün əvvəl bu ictimai iaşə müəssisəsində Azərbaycanın Dövlət Bayrağına qarşı hörmətsizlik nümayiş olunurdu.

Beləliklə, restoranda Dövlət Bayrağının nümayişkəranə şəkildə təhqir olunması insanların haqlı qəzəbinə tuş gəlib.

Restorana təşrif buyuran qonaqlar rastlaşdıqları mənzərəni gördükdən sonra obyekt sahibindən bu hörmətsizliyin aradan qaldırılması üçün dərhal tədbirlər görməsini tələb edib.

Amma buna baxmayaraq, onların tələblərinə qarşı heç bir reaksiya verilməyib.

Qeyd edək ki, “Özsüt”ün FETÖ-yə bağlı sahibkarlara aid olduğu iddia edilir.